cümə 6 fevral 2026 - 17:30
Məhdəviyyət mövzuları (33) | Böyük qeybət dövründə İmam Məhdinin (ə.f) yaşadığı məkan

Hövzə / Qeybət mövzusu ilə bağlı İmam Zamanın (ə.f) yaşadığı məkan, onun nə ilə qidalanması və bu kimi bəzi məqamlar gizli qaldığı təqdirdə, bu hal heç bir şübhə və tərəddüd yaratmır. Necə ki, bu məsələlərin aydınlaşdırılması da qeybətin əsasının sübut və təsdiqində hər hansı bir rol oynamır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, “məhdəviyyət mövzuları” silsiləsi «İdeal cəmiyyətə doğru» başlığı altında, həzrət İmam Zaman (ə.f) ilə bağlı elm və maarifin yayılması məqsədilə dəyərli oxucuların diqqətinə təqdim olunur.

Böyük qeybət dövründə İmam Məhdi (ə.f) harada yaşayır?


Ümumiyyətlə qeybət mövzusunda qeyd etmək lazımdır ki,  İmam Zamanın (ə.f) yaşadığı məkan və onun nə ilə qidalanması, həmçinin bu kimi məqamların gizli qalması heç bir şübhə və tərəddüd doğurmur. Necə ki, bu məsələlərin aydınlaşdırılması da qeybətin əsasının sübutu və təsdiqində hər hansı bir rol oynamır. Belə ki, bizim iman gətirdiyimiz İmam Zamanın (ə.f) şəxsən qeybətə çəkilməsi və gizli qalması ağlabatan və məntiqli olduğu kimi bu xüsusiyyətlərin də gizli qalması birinci dərəcədə daha məntiqli və qəbul ediləndir. Bu kimi məsələlərdən xəbərsiz olmaq isə heç bir iddianın dəlili hesab edilə bilməz.
Bununla belə, bu suala qısa bir cavab vermək üçün qeyd edirik ki, bəzi mötəbər hədis və nəql olunan rəvayətlərdən aydın olur ki, İmam  Zaman (ə.f) böyük qeybət dövründə xüsusi bir məkanda və ya müəyyən bir şəhərdə daimi məskunlaşmamışdır ki, oradan ayrılmasın və başqa yerlərə də getməsin. Əksinə, öz vəzifə və məsuliyyətlərini yerinə yetirmək üçün səfər edir və müxtəlif məkanlara gedir. Bəzi rəvayətlərə əsasən, müxtəlif məkanlarda ziyarət edildiyi də nəql olunmuşdur.
Şübhəsiz ki, İmam Zamanın (ə.f) müqəddəs varlığı ilə izzət və dəyər tapmış şəhərlər sırasında müqəddəs Mədinə, Məkkə, Nəcəf, Kufə, Kərbəla, Kazimeyn, Samira, Məşhəd, Qum və Bağdad kimi şəhərlər yer alır. Həmçinin həzrət İmam Zamanın (ə.f) olduğu məqam və məkanlar çoxdur. O cümlədən Qum şəhərində yerləşən Cəmkəran məscidi, həmçinin digər məscidlər Kufə məscidi, Səhlə məscidi, Nəcəfdə Vadius-salam qəbiristanlığında İmam Zamanın (ə.f) məqamı, həmçinin Hillə şəhərində olan məkanlar qeyd edilə bilər.
İstisna edilmir ki, həzrət İmam Zamanın (ə.f) əsas olduğu yer və ya daha çox olduğu məkanlar müqəddəs Məkkə, Mədinə və məsum imamların (ə) ziyarətgahlarıdır. Əgər soruşsalar ki, bəs İmam Zamanın (ə.f) « Rəzəvi dağı » ilə «Tuva vadisi » arasında nə əlaqəsi vardır ki,  Nüdbə duasında belə oxuyuruq:

«لَیْتَ شِعْری أَیْنَ اسْتَقَرَّتْ بِکَ النَّوَی، بَلْ أَیُّ أَرْضٍ تُقِلُّکَ أَوْ ثَرَی أَبِرَضْوَی أَوْ غَیْرِهَا أَمْ ذِی طُوَی».

«Kaş biləydim ki, qəlblər sənin zühurunla harada qərar tapıb sakitləşəcək! Harada qalırsan? Harada yaşayırsan? Rəzəvi dağında ya “Tuva vadisində qalırsan?»

Bu suala cavab olaraq deyirik ki, bu iki məkan lüğət və tarix kitablarına əsasən müqəddəs məkanlar sırasında yer alır və ehtimal edilir ki, həzrət  İmam Zaman (ə.f) bəzi vaxtlarda öz mübarək ömrünün bir hissəsini bu iki məkanda ibadət və Allahla münacatda keçirmiş olsun. Lakin bu ifadə həmin məkanların və ya onlardan hər hansı birinin həzrət İmam  Məhdinin (ə.f) daimi yaşayış yeri olmasına dair heç bir dəlil yoxdur.
Belə suallar düzgün sual sayılmır. Əksinə, hicran yanğısını ifadə etməyin özü, ayrılıqdan doğan kədər və hüzur nemətindən məhrum olmaq ifadəsi zühurun təxirə düşməsini dilə gətirmək məqsədi daşıyır. Bundan əlavə, “ Nüdbə duasının” bəzi ifadələri açıq şəkildə göstərir ki, həzrət İmam Zamanın (ə.f) insanların arasında yaşayır və onlardan uzaqda deyil. Məsələn, bu cümlə kimi:

«بِنَفْسِی أَنْتَ مِنْ مُغَیَّبٍ لَمْ یَخْلُ مِنَّا بِنَفْسِی أَنْتَ مِنْ نَازِحٍ لَمْ یَنْزَحْ (مَانَزَحَ) عَنَّا».

«Canım sənə fəda olsun, sən qeybətdə olanlardansan, lakin aramızdan ayrılmamısan. Canım sənə fəda olsun, sən uzaq görünənsən, lakin bizdən uzaq deyilsən».

Sual: Əgər kimsə belə bir sual soruşsa ki, “bəziləri iddia edir xüsusilə də bəzi sünni alimləri tərəfindən yayılan, həmçinin bəzən şiə məzhəbinə qarşı hücum və təhqir məqsədilə irəli sürülən fikir, yəni şiələrin İmam Zamanın (ə.f) Samira şəhərində yerləşən sərdabədə məxfi yaşamasına hansı dəlilləri var?

Cavab: Bu iddia heç nəyi ifadə etmir, yalnız yalan, böhtan və iftiradır. Bu iddianın heç bir etibarlı mənbəyi yoxdur.


Bu mövzuların ardı var…

Mənbə: Ayətullah Safi Gülpayiqaninin “imamət mövzusu haqqında on sualın cavabı” adlı kitabdan götürülmüşdür (biraz dəyişikliklərlə)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha